Ceyk uğurlu biznesmen idi. O 20 illik ailə həyatından sonra həyat yoldaşı Edit-ə katibəsi ilə xəyanət edir. Yeni “cütlük” Ceykin dəbdəbəli imarətinə köçmək niyyətində idi, bu səbəbdən də boşanma zamanı onun vəkilləri hər şeyin ona qalması üçün əllərindən gələni etdilər.
Editin əşyalarını yığaraq imarəti tərk etməsi üçün cəmi 3 günü var idi. Bu müddət başa çatdıqda o imarətdə son gününü təklikdə şam yeməyi yeyərək keçirmək qərarına gəlir. Bu zaman o krevet və şampanın müşayiəti ilə nahar edir.
O şam yeməyini bitirdikdən sonra bütün otaqları gəzərək qida artıqlarını bütün pəncərələrin karnizlərinin borularına yığır. Bundan sonra o imarəti tərk edir.
Qadın getdikdən dərhal sonra yeni cütlük imarətə köçür. Növbəti ilk günlər onlar çox xoşbəxt idilər.
Lakin tezliklə evdən qəribə, xoşagəlməz qoxu gəlməyə başlayır. İmarət diqqətlə səliqəyə salınsa da, qoxu gəlməkdə davam edir. Bütün kimyəvi təmizləmələrə müraciət edilsə də bir xeyiri olmur.
Artıq onlara heç kim qonaq gəlmirdi. Ustalar evdə təmir işləri görməkdən imtina etmişdilər. Hətta evin xadiməsi belə işdən azad olur. Sonda yeni cütlük də təslim olur və özlərinə yeni mənzil axtarmağa başlayırlar.
Lakin hər şey elə də sadə deyildi. Çünki heç kim qoxu səbəbindən evi almaq istəmirdi. Artıq 1 aydan sonra evin dəyəri iki dəfəyə qədər enmişdi və üfunət qoxulu ev barədə məlumat hər yerə yayılmışdı. Evdə yaşamaq artıq mümkün olmadığından Ceyk ipoteka krediti götürərək yeni mənzil almağı qərarlaşdırır.
Tezliklə telefon səslənir. Zəng edən Edit idi və o keçmiş ərinin necə yaşadığı ilə maraqlanmaq üçün zəng etmişdi. Ceykdən baş verənləri eşidən qadın evin mülkiyyətinin yenidən ona verilməsi qarşılığında bu problemin öhdəsindən gələ biləcəyini bildirir.
Artıq evdən bir xeyir gəlməyəcəyini anlayan kişi keçmiş həyat yoldaşının təklifi ilə razılaşır. O bir an öncə evdən xilas olmağı arzulayırdı. Hətta Ceyk özlüyündə Editə gülmüşdü belə. Elə həmin gün bütün sənədləşmələr hazırlanır.
Bundan bir həftə keçdikdən sonra yeni cütlük kənarda dayanıb Edit-in evə yerləşməsinə tamaşa edirdilər. Onlar hələ də qadının bu problemdən necə xilas olduğunu anlaya bilmirdilər.
Necə deyərlər – “İntiqam soyuq yeyilən bir yeməkdir!”