Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti 3 iyuldan etibarən Bakı-Alanya-Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin bu kurort şəhərinə uçuşlar həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcəkdir.
Bundan əlavə, 19 iyun tarixindən aşağıbüdcəli aviaşirkət Ankaraya uçuşların sayını artıracaqdır. Həmin tarixdən etibarən “Buta Airways” aviaşirkəti tərəfindən Türkiyənin paytaxtına uçuşlar həftədə üç dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcəkdir.