-1 C
Baku
Saturday, December 14, 2024

“BOKT Embafinans”in maliyyə durumu açıqlandı: portfeli kiçilib, mənfəət azalıb

Azərbaycanda deputat Məşhur Məmmədovun (2019-cu il üzrə hesabata görə belədir) da payı olduğu kredit təşkilatı “Bank olmayan kredit təşkilatı Embafinans” QSC-nin kredit portfeli böyük kiçilmə yaşayıb.

Banker.az-ın məlumatına görə, “Embafinans” 2020-ci il ərzində kredit portfelini 7 milyon 580 min, yaxud 22% azaldaraq 27 milyon 409 min manata qədər azaldıb. Kredit təşkilatının aktivlərinin digər hissəsi əmlak və avadanlıqların həcmi də son bir il ərzində kiçilib. Bu aktivlərin həcmi 5 milyon 27 min manatdan 4 milyon 727 min manata qədər azalmışdır.

Beləliklə, aktivlər son bir ildə 18% azalmaqla 34 milyon 428 min manata qədər azalmışdır.

BORCLARI AZALIB

“BOKT Embafinans”ın banklardan olan borclarının həcmi 2020-ci ilin əvvəlinə 18 milyon 35 min manat olduğu halda, ilin sonuna 12 milyon 448 min manata qədər düşüb. Son illərdə kapital bazarında istiqraz emisiyaçısı kimi məşhurlaşan BOKT-un qiymətli kağızlar üzrə borclarının həcmini 4 milyon 26 min manatdan 1 milyon 506 min manata qədər azalda bilib.

Hesabat dövrünün sonuna BOKT-un tərəfdaşları qarşısında öhdəliyi 216 min manat (2019: 366 min manat), icarə öhdəlikləri 349 min manat (327 min manat), cari mənfəət vergisi öhdəliyi 236 min manat (511 min manat) və sair öhdəliklərinin həcmi 3 milyon 789 min manat (2 milyon 846 min manat) olmuşdur.

Cəmi öhdəliklərinin həcmi isə 18 milyon 666 min manat olub.

MƏNFƏƏTİ AZALIB

Mebel şirkəti “Embawood”a yaxın şirkət olan “BOKT Embafinans” QSC-nin 2020-ci il üzrə 10 milyon 88 min manat faiz gəliri (2019: 9 milyon 919 min manat), 2 milyon 87 min manat faiz xərcləri (2 milyon 818 min manat) olmuşdur ki, bu da 8 milyon xalis faiz gəliri əldə etməsi deməkdir.

Bununla belə, səhmdar cəmiyyət 2020-ci ildə 217 min manat haqq və komissiyadan 25 min manat əsas vəsaitlərin silinməsindən gəlir əldə etdiyi halda, 465 min manat haqq və komissiyadan, 872 min manat xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsindən və 3 milyon 230 min manat inzibati və sair xərcləri etmişdir.

BOKT 775 min manat üzərində kreditlər üzrə ehtiyatlara ayırmalar edib.

Nəticədə, 3 milyon 772 min manat həcmində mənfəət əldə edib. Buradan da 943 min manat mənfəət vergisi ödəyib və illik xalis mənfəəti 2 milyon 829 min manat olmuşdur.

Bu xalis mənfəətdən sonra səhmdar cəmiyyətin illərin bölüşdürülməmiş mənfəəti 5 763 min manat olub. Bu da 10 milyon nizamnamə kapitalı ilə birlikdə 15 763 min manatlıq cəmi kapital deməkdir.

Xatırladaq ki, “Embafinans” QSC 2012-ci ildə yaradılıb. Səhmlərinin 60%-i Elşad Abbasov və 40%-i Azərbaycan Respublikası Milli Məclisinin 6-cı çağırış deputatı Məşhur Məmmədova (2019-cu ilin audit hesabatına istinad) məxsusdur.324 76543

Son xəbərlər
Digər xəbərlər