Bakıda ümumi inşaat işlərinin 89.5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Banker.az xəbər verir ki, ilin ilk 4 ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5.8 faizini əsaslı təmir, 5.5 faizini cari təmir, 22.7 faizini isə sair tikinti işləri təşkil etmişdir.