“İslam İnkişaf Bankı Qrupunun “İsdb group” Prezidenti Bəndər Həccar və həmkarları ilə görüşümüzdə tərəfdaşlığın, özəl sektora dəstəyin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq”.
Banker.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov məlumat verib.
Həmçinin nazir bildirib ki, bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barəsində də fikir mübadiləsi aparılıb.