Bildiyiniz kimi, 18 yaşı tamam olmuş hər bir şəxsə kredit verilə bilər. Lakin, bir çoxları bilmir ki, 18 yaşı olmayan şəxslərin də kredit əldə etməsi mümkündür.
Deməli, əgər yaşınız 18-dən aşağıdırsa, lakin əmək müqaviləsi üzrə işləyirsinizsə, valideynlərinizin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuzsa və ya qanun yol verdiyi halda nikaha girmişsinizsə, siz həmin yaşda da kredit ala bilərsiniz.