18 C
Baku
Tuesday, April 30, 2024

“Amazon” “MGM” kinostudiyasını 8.45 mlrd. dollara aldı

“Amazon” “MGM” kinostudiyasını 8.45 milyard dollara alıb. Banker.az bu Bildirildiyi kimi, şirkət “MGM”in mirasını və film kataloqunu qorumağa, o cümlədən müştərilərə mövcud işlərə giriş imkanını təqdim etməyə kömək edəcək.

Qeyd edək ki, “MGM” razılaşması “Amazon”un 2017-ci ildə “Whole Foods” ilə bağladığı 13.7 milyard dollarlıq müqavilədən sonra ikinci ən böyük satınalmadır.

“Daha əvvəl “MGM” səhmlərini alan şirkətlər qiyməti görüb şok yaşadılar. Onlar studiyanın borclar da daxil olmaqla 5-6 milyard dollar dəyərində olduğunu düşünürdülər”, – deyə nəşr bildirir.

Nəşrin verdiyi məlumata görə, müqavilə sayəsində “Amazon” şirkəti “Amazon Studios” studiyasını, o cümlədən “Prime Video” və “IMDB” xidmətlərini gücləndirəcək.

“Metro-Goldwyn-Mayer” – Amerikanın ən böyük kinostudiyalarından biridir. 2020-ci ilin dekabr ayında “The Wall Street Journal” onun alıcı axtardığını yazıb. Studiya pandemiya dövründə xərcləri azaltmağa kömək edəcək striminq xidmətinə sahib olmadığı üçün çıxılmaz vəziyyətə düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər