2021-ci ilin aprel ayına Azərbaycanda banklar tərəfindən quraşdırılan bankomatların sayı 2 770 ədəd təşkil edib.
Banker.az Mərkəzi Bankının icmal göstəricilərinə əsasən xəbər verir ki, 1 ay ərzində banklar tərəfindən 7 yeni bankomat quraşdırılıb. İllik müqayisədə isə 134 yeni bankomat quraşdırılıb.
Bununla yanaşı, Bakıda aprel ayında bankomatların sayı 1 453, regionlarda isə 1 317 olub. İllik müqayisədə Bakıda 47, regionlarda isə 87 yeni bankomat quraşdırılıb.