“AtaBank” ASC yeni “MasterCard” tipli kartlarını “MasterCard Contactless” funksionallığı ilə təmin edib. Bankın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb və bu cür kartları qəbul etməyə hazırdırlar.
Bu barədə “AtaBank” ASC-nin İcraçı direktoru – İdarə Heyətinin üzvü Elnur Osmanov məlumat verib. Onun sözlərinə görə, “AtaBank”ın POS-terminalları “MasterCard Contactless” tipli kartları qəbul edəcək.”
“AtaBank” ASC 2013-cü ildən “MasterCard Europe SPRL” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvüdür. Ölkənin ən böyük POS-terminal şəbəkəsinə malik olan “AtaBank” kontaktsız ödənişlərin qəbulu üçün tədricən bütün POS-terminal şəbəkəsində bu funksiyanı aktivləşdirir.