Ukrayna Prezidenti Vladimir Zelenski Prezident İlham Əliyevi Kiyevə rəsmi səfərə dəvət edib.
Bu barədə məlumat Ukrayna prezidentinin Azərbaycanın dövlət başçısına ünvanladığı təbrik mətnində yer alıb.
“Ümidvaram ki, 2021-ci ilin avqust ayında Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Sizi Kiyevdə salamlamaq və ikitərəfli tərəfdaşlığa dair bütün kompleks məsələlər barədə dialoqumuzu davam etdirmək fürsətim olacaq”, – V.Zelenski qeyd edib.