10 C
Baku
Thursday, December 12, 2024

Yaponiya – müasirlik və keçmişi özündə birləşdirən ölkə

  • Yaponiya İmperiya titulunu rəsmi şəkildə qoruyub saxlayan sonuncu ölkədir. Yaponiyanın imperator sülaləsi heç zaman yarıda “qırılmayıb”. Hazırda Yaponiyanın imperatoru olan Akihito eramızdan əvvəl 711-ci ildə Yaponiyanın əsasını qoymuş İmperator Dzimmi-nin nəslindəndir.

  • Yaponiyanın bütün şimal şəhərlərində qışda qar yağdıqda keçə və səkilər qızdırılır. Bununla yanaşı Yaponiyada mərkəzi istilik sistemi yoxdur. Hər kəs öz mənzilini bacardığı şəkildə qızdırır.
  • Dünyanın ən bahalı əyləncə parkı olan Disney Sea məhz burada yerləşir. Dünyanın ən inkişaf etmiş metro sistemi və ən mürəkkəb piyada keçidinə də Yaponiya ev sahibliyi edir.
  • Yaponiya metrosunda yalnız qadınlar üçün nəzərdə tutulmuş vaqonlar vardır. Bu vaqonlar səhərlər pik saatlarda qoşulur.
  • Yaponiyada demək olar ki, tütün qadağası yoxdur. Dəmiryolu platforması və hava limanlarından başqa demək olar ki, hər yerdə siqaret çəkməyə icazə verilir.
  • Yapon dili bir neçə nəzakət dərəcəsindən ibarətdir: danışıq, hörmət, nəzakətli və çox nəzakətli. Burada adətən qadınlar hörmət, kişilər isə danışıq dərəcəsindən istifadə edir.
  • Yaponiyada delfinləri yeyirlər. Onlardan kusiyaki adlanan şorba hazırlayırlar. Deyilənə görə, delfin ətinin dadı balıq ətindən fərqlənir və dadlıdır.
  • Yaponiyada yerlşən Fuci dağı şəxsi mülkiyyət hesab edilir.
Son xəbərlər
Digər xəbərlər