Azərbaycanda POS-terminalların sayı yanvar-aprel aylarına 59 036 ədəd təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricisinəistinadən xəbər verir ki, ilk dörd ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı isə 1 799 ədəd artıb.
Ötən ilin müvafiq dövründə isə POS-terminalların sayı 70 min 90 ədəd olub. İllik müqayisədə 12 min 435 ədəd azalaraq geriləyib.
Qeyd edək ki, cari ilin ilk iki ayında Bakıda quraşdırılan post-terminalların sayı 38 min 753, regionlarda isə 20 min 283 olub.