2 C
Baku
Saturday, December 14, 2024

Xaricilər apreldə Azərbaycanda bank kartı ilə 28 milyon manat pul xərcləyib

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül davam etməkdədir.

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 112,2 milyon manatlıq əməliyyat aparıblar.  2021-ci ilin aprel ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 28,3 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər