Qazaxıstanda sabahdan peyvənd olunanlara arayış veriləcək

İyunun 1-dən etibarən Qazaxıstanda peyvənd olunanlara arayış veriləcək.

Qazaxıstanın dövlət sanitar baş həkimi Yerlan Kiyasov, COVID-19-a qarşı peyvənd olunan vətəndaşların bu il iyunun 1 –dən etibarən arayış ala biləcəyi haqda qərar imzalayıb.

Bundan başqa tibb müəssisələri tərəfindən iyulun 1-dən Qazaxıstan vətəndaşlarının xaricdə peyvənd vurulmasını təsdiqləyən sənədlər təqdim etdikdən sonra ümumi məlumat bazasına daxil ediləcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, Qazaxıstanda mayın 30-na olan məlumata görə koronavirus peyvəndinin ilk komponenti vurulanların sayı 2,1 milyondan çoxdur.

Qeyd edək ki, hazırda ölkədə üç adda peyvənd – Rusiyanın “Sputnik V”, Qazaxıstanın “QazVac” və BƏƏ-nin “Hayat-Vax” şirkətinin istehsal etdiyi Çin peyvəndindən istifadə olunur. Vaksinasiyaya gələnlər hansı peyvənddən istifadə olunmasını özləri seçir, vaksinasiya ölkə daxilində pulsuz həyata keçirilir.

MənbəAzərtac
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər