19 C
Baku
Sunday, May 5, 2024

“PAŞA Bank” binasındakı yanğınla bağlı məlumat yaydı

“PAŞA Bank” bankın binasında baş vermiş yanğın haqqında məlumat yayıb.

Verilən xəbərə  görə məlumatda bildirilir ki, “PAŞA Bank”ın Yusif Məmmədəliyev, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş verib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını uğurla lokallaşdırıb.

“PAŞA Bank”ın Təhlükəsizlik Xidmətinin direktoru Fuad Paşayev qeyd edib ki, hazırda yanğına səbəb olan bütün detallar araşdırılır.

“Yanğın bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib. Yanğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilməsinə hər hansı təsir göstərməyib”, – deyə F. Paşayev bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər