Amerikalılar evlərində təbii qazdan imtina etməyə başladılar

ABŞ-ın bir sıra iri şəhərləri iqlimə dəyən zərərə görə yaşayış binalarında və iaşə obyektlərində təbii qaz istifadəsindən imtina etmək qərarına gəliblər. Banker.az bu barədə “Secretmmag”a istinadən xəbər verir.

Mütəxəssislər elektrifikasiyaya keçid sakinlərə milyardlarla dollara başa gələcəyini söyləyirlər. Ölkədəki restoranlar daha bahalı induksiya plitələrinə keçməli olduqlarından şikayət ediblər.

San-Fransisko, Sietl, Denver və Nyu-York da daxil olmaqla, ABŞ-ın böyük şəhərlərində bişirmə və evlərin istiləşməsi üçün qaz istifadəsini qadağan etmək və ya məhdudlaşdırmaq üçün tədbirlər görməyi təklif edilib, bu barədə “The Wall Street Journal” yazıb. Qeyd edək ki, ilk dəfə belə qadağa 2019-cu ildə Berkli şəhərində (Kaliforniya ştatı) tətbiq edilib.

Təbii qazdan imtina etməyin tərəfdarları evlərin və binaların tam elektrikləşdirilməsinin qlobal istiləşməyə səbəb olan tullantıları azaldacağını iddia edirlər. Onlar ABŞ-da fəal şəkildə istifadə olunan külək və günəş enerjisi şəbəkəsinin daha təmiz olduğunu bildirirlər.

Amerikalı ekoloqlar ABŞ-ın illik istixana qazı tullantılarının təxminən 13%-ni evlərin və müəssisələrin təşkil etdiyini, əsasən təbii qazın bişirmə və istilik üçün istifadəsindən qaynaqlandığını təxmin edirlər. Ekoaktivistlərə görə bu faizin azaldılması yaxın 10 ildə karbon emissiyalarını azaltmaq istəyən ölkələr üçün kirtikdir.

San-Fransiskodakı son araşdırma elektrikləşmə səbəbindən şəhərdəki bütün çoxmənzilli binaların gücləndirilməsinin 3.4-5.9 milyard dollara başa gələcəyini aşkar edib. Bu xərclər sakinlər və şəhər büdcəsi tərəfindən ödəniləcək.

Bəzi ştatlar proaktiv tədbirlər görməyə qərar veriblər – onlar təbii qazan imtina etməyi və oxşar məhdudiyyətləri qadağan edən qanunla qəbul edib. Söhbət Arizona, Texas, Oklahoma, Tennessi, Kanzas və Luiziana ştatlarından gedir.

Xatırladaq ki, fevral ayında ABŞ-da anomal soyuq hava səbəbindən enerji böhranı başlayıb. Nəticədə təkcə Texasda 4.3 milyon insan işıqsız qalıb. Çöküşün səbəbi “yaşıl” enerjinin populyarlaşması olub.

Hökumət uzun illərdir külək enerjisinə subsidiyalar ayırır və kömürlə işləyən elektrik stansiyalara münasibətdə daha sərt qaydalar tətbiq edib. Nəticədə Texasda kömürlə işləyən elektrik enerjisi istehsalının payı son on ildə iki dəfədən çox azaldaraq 18%-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər