9 C
Baku
Sunday, December 1, 2024

“Bank Avrasiya” Maliyyə Nazirliyi, AMB və İKZF-in istiqrazlarından yan keçir

“Bank Avrasiya” ASC iki dövlət qurumunun istiqrazlarını aktivlərindən çıxarıb.

Banker.az bu barədə bankın illik audit hesabatına istinadla bildirir.

Məlumata görə, 2020-ci ilin əvvəlində Mərkəzi Bankın 5.62 milyon manatlıq qiymətli kağızlarını və 1 milyon manat dəyərində olan İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazları ilin sonuna aktivlərindən tam çıxarıb.

Əvəzində, “AzerGold” QSC tərəfindən ötən il emissiya edilmiş istiqrazların alışını artırıb. Ötən il ərzində 5.95 milyon manat dəyərində “AzerGold”un istiqrazlarını illik 3% ödənişlə əldə edib.

SOCAR-ın 2.24 milyon manat dəyərində olan istiqrazları aktivlərində sabit qalmaqdadır.

Maliyyə Nazirliyinin istiqrazlarının həcmini isə 83% azltmaqla 2 milyon manata qədər azaldıb.

Son xəbərlər
Digər xəbərlər