“Bu gün Mərkəzi Bankın rəhbəri ilə görüşdüm. Faizləri endirməliyik, faiz yükünü azaltmalıyıq”.
Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.
Faizlərlə əlaqədar olaraq Ərdoğan, “Bizim faizləri aşağı salmamız şərtdir, onun üçün də iyul-avqustdan faiz düşməyə başlamalıdır. Çünki faiz yükünü sərmayələrin, xərclərin üzərindən qaldırsaq, xərc inflyasiyasını tətikləyən faiz olduğu üçün, orada da bir rahatlama dövrünə girmiş olacağıq”
Ərdoğanın açıqlamalarından sonra, Dollar/TRY məzənnəsi bütün zamanların ən yüksək səviyyəsinə çatıb.