13 C
Baku
Saturday, November 23, 2024

İspak Hersoq İsrailin yeni prezidenti seçilib

İsrail parlamenti prezident vəzifəsinə İspak Hersoqun namizədliyini dəstəkləyib. Bildirildiyi kimi, 120 Knesset üzvündən 87-si onun lehinə səs verib. O, bu vəzifədə İsrailin keçmiş prezidenti Reuven Rivlini əvəz edəcək.

Hersoq – diaspora əlaqələri və yəhudilərin İsrailə qaytarılması ilə məşğul olan Avropa agentliyinin rəhbəridir. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, cənab Hersoq atası prezident olan ilk prezident olacaq: onun atası Haim Hersoq 1983-1993-cü illərdə İsrailin altıncı lideri olub.

İsrail – parlamentli respublikasıdır, prezident əsasən mərasim funksiyalarını yerinə yetirir və Knesset tərəfindən 7 illik müddətə seçilir.

Son xəbərlər
Digər xəbərlər