Gənclərin arzuları reallaşacaq. Unibank gənclər günü ilə bağlı 1 həftə davam edən kampaniyaya başlayıb. Bankın filialları 1 həftə ərzində öz məhsullarını gənclərin arzularına uyğunlaşdıracaq. Unibank öz məhsul və xidmətlərinin təklifində, keçirdiyi kampaniyalarda hər zaman gənclərə xüsusi diqqət ayırır. 1997-ci ildən bu yana hər il qeyd olunan Gənclər günü münasibəti ilə 2 fevraldan başlayan kampaniya fevralın 7-dək davam edəcək.
Gənclər bayramda hansı hədiyyələri xoşlayırlar? Hər kəsin bəyəndiyi hədiyyəni etmək çətin olur. Amma pul, plastik kart hamıya, xüsusilə də gənclərə hər zaman lazım olan hədiyyələrdir. Unibank da gənclər gününündə gənclərə lazım olan hədiyyələri seçib. Bank “Gənclər həftəsi”ndə xüsusi kampaniya keçirilir. Kampaniya 18-35 yaş arası bütün gəncləri əhatə edir:
- İnternet əsrində plastik kart bütün gənclərə lazımdır. Gənclər günü ilə bağlı kampaniya çərçivəsində banka müraciət edən yaşı 18-35 olan müştərilər Unibank-dan pulsuz Mastercard Standart kartı əldə edə biləcəklər.
- 20-35 yaş arası hər bir gənc bankın komissiya xərclərinə 50% endirimli nağd kreditlərindən faydalana biləcəklər.
- Tələbələrə isə xüsusi imkan yaradılacaq. 18-23 yaş arsı gənclər “Gənclər həftəsi” çərçivəsində banka müraciət edərək limiti minimum 100 AZN olan Albalı Plus kartı əldə edə biləcəklər.
Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank-hər kəsin bankı