Türkiyə mərkəzli avtomobil istehsalçısı (TOGG) ödənilmiş kapitalını 150 milyon lirədən 996.77 milyon TL-yə yüksəldib.
Banker.az bu barədə Türkiyə Mediasına istinadən xəbər verir.
Belə ki, kapital artımından sonra “Turkcell”, “Vestel” və “Anadolu Group Holding”in şirkətdəki payları yüzdə 19-dan yüzdə 23-ə yüksəlib.
Qeyd edək ki, TOGG 25 iyun 2018-ci ildə fəaliyyətə başlamış Türkiyə mərkəzli avtomobil istehsalçısıdır. Anadolu qrup, Turkcell, TOBB, BMC, Zorlu Holding kimi məşhur birliklər, şirkətin əsas sahibkarlarıdır.