31 dekabr 2020-ci il tarixinə “AzFinance İnvestisiya Şirkəti”ndə 15 nəfər işçi fəaliyyət göstərir.
Banker.az bu barədə investisiya şirkətinin illik hesabatına istinadən xəbər verir.
2019-cu ilin eyni dövründə isə “AzFinance İnvestisiya Şirkəti”nin işçilərinin sayı 23 nəfər təşkil edib ki, bu da illik müqayisədə işçilərinin sayının 8 nəfər azalması deməkdir.
Xatırladaq ki, “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100% Abid Mamedova məxsusdur.