7 C
Baku
Thursday, December 12, 2024

“Total” adını dəyişib

Fransanın “Total” neft-qaz şirkəti tullantıların azaldılmasını nəzərdə tutan transformasiya planı çərçivəsində adını “TotalEnergies”ə dəyişib.

Səhmdarların növbəti iclasında şirkətin adını dəyişdirmək qərarı yekdilliklə təsdiqlənib və bu strateji islahat onu genişmiqyaslı enerji şirkətinə çevirib.

Qeyd edək ki, 1999-cu ilədək şirkət “Total S.A.” adlanırdı. Belçika “Petrofinas”ı onu aldıqdan sonra şirkət adını “TotalFina”ya dəyişmişdi. 2000-ci ildə şirkət “Elf Aquitaine” ilə birləşərək “TotalFinaElf” adlandırıldı. 2003-cü ildə şirkətin orijinal adı geri qaytarıldı.

Fransa şirkəti hazırda dünyanın dördüncü ən böyük neft-qaz istehsalçısıdır. Bundan əlavə, şirkət bioyanacaq, təbii qaz, bərpa olunan enerji və elektrik enerjisi də realizə edir.

Xatırladaq ki, “Total” şirkəti Azərbaycanda SOCAR-la birlikdə “Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “Total” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər