Nazirlik məlumat yaydı.
Azərbaycanın Vergilər Nazirliyinin bir neçə vergilər idarəsinin rəhbərləri işdən çıxarılıb.
Bu barədə nazirlikdən bildiriblər.
Məlumata görə, 3, 4, 6 və 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vergi nəzarətini lazımı səviyyədə təşkil etmədikləri, yol verdikləri nöqsanlara görə işdən azad ediliblər.
Bundan başqa, nazirlikdən həmin vergi orqanlarının rəhbərliklərinin gücləndirildiyini qeyd ediblər.
Oxu.Az