Sabahdan “Bakı Ekspo Mərkəzi”ndə işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan 2021″də müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə sərgi ilə bağlı keçirilən mətbuat konfransında təşkilatçı – “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov məlumat verib.
Onun sözlərinə görə, sərgilərə yalnız əvvəlcədən caspianagro.az və interfood.az saytlarında qeydiyyatdan keçənlər və dəvətnaməsi olanlar buraxılacaq.