16 C
Baku
Friday, November 22, 2024

Sergey Lavrov: “İndi statusdan danışmaq tezdir”

“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”.

TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur: “Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər