9 C
Baku
Thursday, December 12, 2024

Dünyada maliyyə aktivlərinin həcmi rekord 250 trln. dollara çatıb

“The Boston Consulting Group”unun (BCG) “Global Wealth 2021: When Clients Initiative” adlı araşdırmasına görə, 2020-ci ildə dünyada maliyyə aktivlərinin həcmi rekord 250 trilyon dollar çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbəər verir.

“Uzun müddət davam edən Covid-19 pandemiyası fonunda ehtiyatların artması və bazarların dayanıqlı olması sayəsində 2020-ci ildə maliyyə aktivlərinin həcmi rekord 250 trilyon dollara çatıb”, – deyə araşdırmanın müəllifləri yazırlar. Qeyd edildiyi kimi, keçən il artım 8.3% təşkil edib.

“Pandemiyanın maliyyə sektoru üzərində davamlı təsirinə baxmayaraq, qlobal təhlükəsizlik və rifah böhran boyu əhəmiyyətli dərəcədə artıb. İqtisadi canlanma fonunda onun yaxın beş il ərzində nəzərəçarpacaq dərəcədə böyüməyə davam etməsi gözlənilir”, – deyə “BCG” ekspertləri proqnozlaşdırırlar.

Eyni zamanda qlobal maliyyə sərvətinin əsasən Şimali Amerika, Asiya (Yaponiya istisna olmaqla) və Qərbi Avropa bölgələri tərəfindən yaradılacağı gözlənilir: dünyada maliyyə aktivlərinin böyüməsinin 87%-i onların payına düşəcək. Bu dövr 2025-ci ilədək davam edəcək.

“Bununla belə, sərvətin real aktivlərdə daha çox cəmləşdiyi Asiyada artım önümüzdəki illərdə daha böyük olacaq. Xüsusilə, investisiya fondları regiondakı ən sürətlə böyüyən maliyyə aktivləri sinfində çevriləcək: 2025-ci ilədək illik artım 11.6% səviyyəsində olacaq”, – ekspertlər qeyd edirlər.

Son xəbərlər
Digər xəbərlər