10 C
Baku
Thursday, December 12, 2024

“Azersun”nun müəssisəsinin zərəri artdı – Şirkət müflis durumda

Azərbaycanın qida nəhəngi “Azersun Holding”in müəssəsi 2020-ci ildə xərclərinin artması səbəbi ilə zərər etdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, 1997-ci ildə yaradılan “Lənkəran-Konserv” ASC 2020-ci ildə 6 791 min (və ya 6.79 mln.) manat satışdan gəlir əldə etməklə 0.33% artıma nail olduğu halda, satışın maya dəyərinin həcmi 66% artımla 5 745 min manata yüksəlib.

Bu da nəticədə, ümumi mənfəətini 68% azaltmaqla 1 046 min manata qədər azaltmışdır.

Şirkətin sair əməliyyat xərcləri 197 min (2019-cu ildə: 93 min), digər əməliyyat əlirləri 137 min (196 min), kommersial xərcləri 177 min manat (1 660 min), inzibati xərcləri 467 min (48 min) və maliyyə əlirləri 6 min (17 min) maliyyə xərcləri isə 618 min manat (237 min)  olmuşdur.

Beləliklə, “Lənkəran-Konserv” ASC 2020-ci ildə gəlirləri xərclərini qarşılaya bilməmiş, 464 min manat zərər etmişdir. 2019-cu ildə 1 045 min manat xalis mənfəət əldə etmişdi.

Bu zərərdən sonra, illərin yığılmış zərəri  4 423 min manatdan 4 887 min manata qədər yüksəlmişdir. Şirkətin tanınmış nizamnamə kapitalı 2 862 min manat olduğundan hazırda yığılmış zərər ucbatından kapital çatışmamazlığı yaşayır. Belə ki, şirkətin cəmi kapitalı mənfi olaraq 1 992 min manatdır.

2 1 4t45

Son xəbərlər
Digər xəbərlər