EFSE və AccessBank Azərbaycan bölgələrində KOB müəssisələrin maliyyələşdirilməsi üzrə cari tərəfdaşlıqlarını genişləndirirlər
Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) 20 milyon ABŞ dolları məbləğində kredit ayıraraq AccessBank-la uzunmüddətli tərəfdaşlığını davam etdirir. Birinci növbəli olan bu kredit Azərbaycanın kənd ərazilərində mikro və kiçik müəssisələrin maliyyələşdirilməsində AccessBank-a dəstək olacaq və bununla ölkədə sahibkarlığın və iqtisadiyyatın inkişafına töhvə verəcək.
AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann yeni kreditin verilməsini şərh edərək dedi: “Biz EFSE fondunun təqdim etdiyi maliyyə dəstəyini yüksək qiymətləndiririk. Bank bu vəsaitlər sayəsində daha çox sayda, xüsusilə, Azərbaycanın bölgələrində fəaliyyət göstərən mikro və kiçik sahiblarlarını dəstəkləyəcək”.
EFSE İdarə Heyətinin sədri Monika Bek deyib: “Mikro, kiçik və orta müəssisələrin inkişafına böyük töhfə verməsi və bazarda aparıcı mövqe tutması sayəsində AccessBank EFSE qrupunun məqsədlərinə nail olmaqda etibarlı tərəfdaş hesab edilir. 2011-ci ildən etibarən EFSE fondunun tərəfdaş kredit təşkilatı olan AccessBank Fondun vəsaitlərini uğurlu və sabit qaydada bizim ümumi məqsədlərimizin yerinə yetirilməsinə yönəldir”.