10 C
Baku
Friday, December 13, 2024

Ölkənin ən böyük elektrik istehsalçısı “Azərbaycan” İES yenidən zərər etdi – Satışlar azalıb

2020-ci il də Azərbaycanın dövlətə məxsus olan enerji şirkəti üçün uğurlu bitmədi. Ötən il ərzində elektrik enerjisi istehsalçısı olan “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC maliyyə təsərrüfatını zərərlə tamamlayıb.

Banker.az bu barədə, “Audit-Service” adlı audit şirkətinin rəyində qeyd edilib.

Ölkənin nəhəng elektrik istehsalçısı  “Azərbaycan İstilik Elektrik Stansiyası” 2020-ci il ərzində 255.55 milyon manat həcmində elektrik enerjisi istehsalından satış əldə edib. Bu 2019-cu illə müqayisədə 5% azalmadır.

Gəlirlərinin azalmasına rəğmən maya dəyəri üzrə xərclərin bir neçəsində optimallaşma müşahidə edilməkdədir. Məsələn, son ildə yanacaq xərcləri 200.04 milyon manatdan 167.13 milyon manata, təmir və texniki xidmət 24.71 mln. manatdan 17.39 mln. manata qədər azaldılıb.

Amortizasiya xərci 31.99 milyon manatdan 38.68 milyon manata, işçi heyəti xərcləri 7.03 milyon manatdan 7.66 milyon manata və “digər xərclər” isə 2.13 milyon manatdan 14.88 milyon manata qədər artıb.

Beləliklə, “Azərbaycan İES” 2020-ci ildə 0.12 milyon manat ümumi mənfəət əldə edib. Stansiyanın dəyərsizləşmə xərcləri sıfıra enib, maliyyə xərcləri isə 0.91 milyon manat olub.

Elektrik stansiyası 5.28 milyon manat xalis zərər edib. Qeyd edək ki, bu zərərin həcmi 2019-cu ildə 197 milyon manat idi.

Bu zərərdən sonra balansda olan 81.59 mln. manatlıq bölüşdürülməmiş mənfəətin həcmi ilin sonuna 76.3 milyon manata düşüb.

qw423

Son xəbərlər
Digər xəbərlər