25 C
Baku
Thursday, July 3, 2025

Azərbaycandan fındıq ixracı azalıb

2021-ci ilin ilk 5 ayında Azərbaycandan 38 milyon 577 min dollar dəyərində 6 min 393 ton fındıq ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə dəyər ifadəsilə 26%, miqdar ifadəsilə 24.4% azalıb.

2020-ci ilin yanvar-may aylarında Azərbaycandan 52 milyon 204 min dollar dəyərində 8 min 459 ton fındıq ixrac edilmişdi.

Son xəbərlər
Digər xəbərlər