6 C
Baku
Sunday, December 15, 2024

“Fitch”: Avropanın nəhəng neft şirkətlərinin göstəriciləri bu il bərpa olacaq

Yüksək neft və qaz qiymətləri və emal marjaları, həmçinin artmış hasilat həcmləri Avropanın əsas neft şirkətlərinə bu il öz göstəricilərini pandemiyadan əvvəlki səviyyəyə qaytarmağa kömək edəcək.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasında deyilir.

Agentliyə görə, sözügedən şirkətlərin cari ilin I rübündəki maliyyə göstəriciləri də nikbin proqnozu dəstəkləyir. Belə ki, şirkətlərin 2021-ci ilin I rübündə kəskin artan (rüblük müqayisədə) EBITDA göstəricisi (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) bunu deməyə əsas verir.

Bundan əlavə, Avropanın nəhəng neft şirkətlərinin reytinqləri və reytinq üzrə proqnozları pandemiya dövründə dəyişməz qalıb. “Avropanın əsas neft şirkətləri” dedikdə, “Fitch” əsasən enerji sektorunun BP, “Eni”, “Shell” və “TotalEnergies” kimi nəhənglərini nəzərdə tutur.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər