7 C
Baku
Thursday, December 12, 2024

“OPEC+” neft hasilatını artıra bilər

“OPEC+” ölkələrinin 1 iyul iclasında gündəlik neft hasilatının 500 min barel artırılması barədə qərarın veriləcəyi planlaşdırır.

Bu barədə “Wall Street Journal” nümayəndə heyətlərinin sözlərinə istinadən yazır.

“OPEC və onun tərəfdaşları ümumi neft istehsalını gündə təxminən 500 min barel artırmağı düşünürlər”, – məlumatda bildirilir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı və Rusiya qlobal iqtisadiyyatın qeyri-bərabər şəkildə bərpa olunduğunu nəzərə alaraq, tələbatda qeyri-müəyyənlik şəraitində istehsalı ehtiyatla artırır.

Xatırladaq ki, OPEC+, pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 milyon barel azaltdı. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırıldı. Bu ilin may ayı etibarilə gündəlik 6,55 milyon barel olub, iyun ayına 6,2 milyon barel, iyul ayına isə 5,76 milyon barel təşkil edir.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər