10 C
Baku
Tuesday, December 23, 2025

Təlim və Heyətin İnkişafı üzrə Menecer (Vijn Fond AzərKredit)

İŞÇININ VƏZIFƏSI:

  • Vəzifə analizi, qiymətləndirmə mexanizmləri və filial/regional menecerlər ilə mütəmadi aparılan məsləhətləşmələr vasitəsilə AK əməkdaşlarının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
  • Həm AK-nin, həm də işçinin fərdi ehtiyacları əsasında təlim və inkişaf proqramları hazırlamaq;
  • AzərKredit Təlim Akademiyasının fəaliyyətlərini idarə etmək;
  • Təlim və ya inkişaf proqramlarına edilən investisiyaların özünü doğrultması getdikcə daha da əhəmiyyətli olduğu üçün planlaşdırılan proqramların smetalarını təhlil etmək və büdcə daxilində fəaliyyət göstərmək;
  • İşə yeni qəbul olunan işçilər üçün tanışlıq sessiyaları keçirmək və iş yerində təlimlər aparmaq;
  • Təlimçilərin effektivliyini və təlim proqramlarının effektivliyini qiymətləndirmək, təkmilləşmə üçün tövsiyələr vermək;
  • İşçilər üçün davamlı texniki təlimlər və fərdi inkişaf kursları təşkil etmək və ya keçirmək;
  • İşçilər üçün təlim kitabçaları və materiallarını hazırlamaq, multimedia əyani vəsaitləri və digər tədris materiallarını hazırlamaq;
  • Departamentlər və ümumilikdə təşkilat üçün təlim büdcəsi təklif etmək;
  • Təşkilat daxilində keçirilən təlimlər üçün materiallar hazırlamaq;
  • Təlim və inkişaf proqramlarının keçirilməsini koordinasiya etmək;
  • AzərKredit təşkilatının təlim strategiyasının formalaşdırmaq;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini mükəmməl bilmək;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (maliyyə təşkilatında olması daha arzuolunandır);
  • Azərbaycan və İngilis dilini səlis bilmək (yazılı və şifahi), Rus dilini bilməsi arzuolunandır;
  • Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
  • İqtisadi, maliyyə və kredit mövzuları ilə yaxından tanışlıq;
  • Güclü təşkilati bacarıqlar;
  • Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Komanda daxilində işləmək istəyi və bacarığı;
  • Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, İşə qəbul anketini dolduraraq 28 fevral 2015-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər. E-məktubunuzun mövzu hissəsində ‘TSDM’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]                              

Fax: (+994 12) 597 30 39                                   

www.azercredit.az

Son xəbərlər
Digər xəbərlər