22 C
Baku
Thursday, May 9, 2024

“O sinfin yeganə yəhudisi idi…”

Bu məqalənin qəhrəmanı zamanının çox hissəsini televizor önündə keçirirdi və atası ona 8 millimetrlik kinokamera hədiyyə etdikdə onun gələcəyin ən məşhur rejissorlarından biri olacağını təxmin belə etmirdi. O demək olar ki, bu kameradan ayrılmırdı.

O 12 yaşı olduqda həvəskarların lentə aldıqları film müsabiqəsində özünün müharibəyə həsr edilmiş 40 dəqiqəlik “Boşluğa qaçış” filmini təqdim edir. Təbii olaraq onun filmi müsabiqədən qalib olaraq ayrılır.

O daim professional film çəkmək arzusunda idi. Onun valideynləri ayrıldıqdan sonra ailəsi Kaliforniyaya köçür və burada Cənubi Kaliforniya universitetinin nəzdində kino məktəbinə qəbul olmağa hazırlaşır. O iki dəfə qəbul olsa da, aldığı qiymətlər elə də yüksək olmurdu.

1968-ci ildə lentə aldığı növbəti “Amblin” adlı qısametrajlı filmi “Universal” şirkətinin əməkdaşlarının diqqətini cəlb edir və o tezliklə işə dəvət olunur.

O studiyada müxtəlif film və serialların çəkilişində iştirak edir.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Sugarlands Express” rejissorun böyük ekranda ilk debütü olur. O daha böyük populyarlığı isə 1975-ci ildə lentə aldığı “Çənələr” filmi ilə qazanır.

1984-cü ildə o ilk lentə aldığı qısa metrajlı filmin şərəfinə ad verdiyi Amblin Entertainment studiyasını yaradır. Rejissor üçün isə ən uğurlu il 1993-cü il hesab olunur. Bu zaman “Yura dövrünün parkı” ərsəyə gətirilir.

Bundan əlavə, tezliklə ekrana rejissora iki oskar mükafatı qazandırmış “Şindlerin siyahısı” filmi çıxarılır. O 1999-cu ildə XX əsrin ən yaxşı rejissoru seçilmiş, 2001-ci ildə isə kraliça Yelizaveta tərəfindən “Britaniya kino sənayesinə əvəzedilməz töhfələr” qazandırdığına görə cənagvər elan edilmişdir.

Bu məşhur kino rejissor isə Stiven Spilberq idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər