19 C
Baku
Wednesday, October 2, 2024

Facebook  – “like”-lar haqqınızda nə deyir?

Cambridge universitetinin alimlərinin apardığı araşdırmaya görə, Facebook sosial şəbəkəsində “like” əsasında istifadəçilərin istifadə etdiyi profil ilə onun şəxsiyyətini təyin etmək mümkündür. Hətta bu “təyinetmə” istifadəçi haqqında onun dostlarının və yaxınlarının deyə biləcəyi məlumatlardan daha dəqiqdir.

Tədqiqatçılar 86,7 min Facebook istifadəçisinin tamamladığı sorğu əsasında bu qənaətə gəlmişlər. Orta hədlə sorğuda iştirak edənlər 227 “like” işarəsi qoymuşlar. Daha sonradan onlar istifadəçilərin şəxsiyyət modelini yaratmış və onların yaxınlarından həmin şəxsi qiymətləndirmələrini tələb etmişlər. Şəxsiyyətin qiymətləndirilməsi kriteriyaları olaraq isə ekstavertlik, xeyirxahlıq, mehribanlıq, dürüstlük, nevrotizm və təcrübəyə açıqlıq daxil idi.

Nəticələri müqayisə etdikdən sonra, kompüter istifadəçinin  necə işçi olduğunu “10 like”, necə dost olduğunu “70 like”, necə qohum olduğunu “150 like” və necə həyat yoldaşı olduğunu “300 like”-ı təhlil etdikdən sonra xarakterizə etmişdir.

Alimlərin bu araşdırmadı Milli elmlər akademiyasının araşdırma jurnalında nəşr edilmişdir. Bu araşdırma isə 2013-cü ildə aparılan digər bir araşdırmaya əsaslanmışdır. Bu araşdırma isə özlüyündə Facebook istifadəçilərinin like əsasında IQ səviyyəsini təyin etməyin mümkün olduğunu əks etdirirdi.

Son xəbərlər
Digər xəbərlər