6 C
Baku
Saturday, December 14, 2024

OPEC+ çərçivəsində hasilat ixtisarının yumşaldılması müzakirə olunur

OPEC+ formatının iştirakçı ölkələri hasilat ixtisarını avqust ayında gündəlik 500 min barel azaltmaq məsələsini müzakirə edir.

Qarşıdakı hasilat siyasətinin müzakirəsi üçün iyulun 1-də görüş keçirmək niyyətində olan format iştirakçıları hazırda neftə tələbatın artacağının qətiləşmədiyi qənaətində olduqları üçün hasilatı artırmağa ehtiyatlı yanaşırlar.

Xatırladaq ki, ötən il may ayında, yəni pandemiyanın pik dövründə OPEC+ formatı gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaltmışdı.

Mənbələrə görə, format çərçivəsində cari ilin avqust ayından sonrakı dövrdə hər ay hasilatı 500 min barel artırmaq məsələsi qeyri-rəsmi şəkildə də olsa, müzakirə olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər