“Visa” gələcəkdə bankomatların sayının azalacağını proqnozlaşdırıb. Bildirildiyi kimi, bankomatlar bütün banklar üçün vahid infrastruktura çevriləcək və nəticədə aparatların sayı əhəmiyyətli dərəcədə azalacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Onları sayı, şübhəsiz ki, azalacaq. Pandemiya dövründə dünyada nağd pul çəkilməsinin 20% azalması qlobal tendensiyaya çevrilib, çünki insanların buna ehtiyacı qalmayıb”, – deyə şirkətin açıqlamasında bildirilir.
“Bankomatlar bankların bir-biri ilə bölüşəcəyi, öz şəbəkələrini yaratmaq üçün xərclərini artırmaq istəmədikləri bir infrastruktura çevriləcək. Ticarət mərkəzinə gəldiyiniz və fərqli banklardan beş-altı bankomat gördüyünüz hal keçmişdə qalacaq”, – şirkət nümayəndəsi əlavə edib.