6 C
Baku
Sunday, December 15, 2024

NASDAQ və S&P 500 indeksləri yeni rekord həddə çatıb

Amerikanın S&P 500 indeksi 24 iyunda 0.58% – 4266.49 bəndədək artıb. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, yeni rekord olub, əvvəlki ən yüksək göstərici 13 iyunda qeydə alınıb.

İndekslər ABŞ hökumətinin infrastrukturun modernləşdirilməsi sazişinin bağlanması ilə bağlı xəbərin fonunda yüksəlməyə başlayıb. NASDAQ 0.69% – 14 369.71 bəndədək, Dow Jones 0.95% – 34 196.82 bəndədək artıb.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Co Bayden demokratlar və respublikaçılar arasında infrastrukturun modernləşdirilməsi sazişinin əldə edildiyini açıqlayıb. Saziş bir neçə həftə davam edən danışıqlardan sonra əldə edilib. Tədbirlər paketi beş il ərzində 973 milyard dollar və ya səkkiz il ərzində 1.25 trilyon dollar dəyərində stimullar nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər