1 yanvar tarixində ölkədə cəmi kredit qoyuluşu 18 542,6 mln manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə kredit qoyuluşu 390.7 mln amant və yaxud 2% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşu 3 119.7 mln manat və yaxud 20% artıb.
Ev təsərrüfatı üzrə verilən kreditlər isə 7 731,8 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 517.1 mln manat və yaxud 24% artım deməkdir. Ötən ay ilə müqayisədə isə 203.7 mln manat və yaxud 3% artım qeydə alınıb.
Hazırda istehlak kreditlərinin üzrə verilən kreditlər, cəmi kreditlərində (18 542,6 milyon manat) xüsusi çəkisi 44 %-ə çatıb.
Kredit qoyuluşunda daha çox xüsusi çəkisi olan sahə isə 2 680,7 mln manatla ticarət və xidmət sektoru üzrə qoyulan kreditlərdir. Ticarət və xidmət sektoru üzrə verilən kreditlər, cəmi kreditlərin 14.5% -ni təşkil edir.
Aşağıdakı cədvəldə real sektorun hansı sahəsi üzrə artımların olduğunu görə bilərsiniz.