Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 30-da Antalyaya səfər edəcək.
“Anadolu” agentliyi xəbər verir ki, rusiyalı nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü olacaq.
Nazirlər Cənubi Qafqaz, Orta Şərq, Şimali Afrika, həmçinin, Əfqanıstan, ukrayna, Şərqi Aralıq dənizi və Qaradəniz bölgələri, Suriya və Liviya məsələlərini müzakirə edəcklər.
O cümlədən, iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələrlə bağlı işbirliyinin inkişaf etdirilməsi ilə bağlı məsələlər də gündəmdə olacaq.