İşdə hər hansı bir problem yarandıqda işdən kənarda da bu haqda düşünməkdən xilas ola bilmirik. Bu isə pis-əhval ruhiyyənin əsas səbəbidir və buna görə biz yaxınlarımıza kifayət qədər zaman ayırmaq şansından da məhrum oluruq. Lakin bu hələ son deyil. Gecələr yuxusuzluqdan əziyyət çəkirsinizsə bunun da səbəbini işdə yaranan problemlərdə axtarın.
Məhsuldarlıq və işin təşkili ilə bağlı suallar üzrə konsultant və psixoloq Piter Şallard bildirmişdir: “İşdəki problemlərdən vaxtında xilas olmağı bacarmırsınızsa bu heç bir yaxşı nəticələrə gətirib çıxarmayacaq. Əksinə problemlər artmaqda davam edəcək”.
Piter Şallard sözün əsl mənasında işdən dincəlmək və sizi emosional və professional “çökmədən” xilas edəcək əsas konsultasiyaları təqdim etmişdir.
İlk olaraq problemi həll etməyə hazır olub-olmadığınızı ayırd edin
Daim öz zamanınızı faydalı keçirməyə çalışmaq lazımdır. Düşünmək yaxşıdır, lakin mütəmadi olaraq heç bir nəticə olmadan düşünmək boşa zaman israfıdır. Bu səbəbdən də düşünməyinizdən bir fayda yoxdursa və bundan yalnızca sağlamlığınız zərər görürsə demək artıq bir tədbir görmək zamanıdır.
Özünüzə xobbi tapın
Şüurunuzu yersiz düşünməkdən azad edəcək xobbilərlə məşğul olun. Bu hətta əvvəllər düşündüyünüz problemə cavab tapmaqda da sizə kömək edə bilər. Bəzən beynimizi həddindən artıq yükləməklə ən sadə həll yolunu belə görə bilmirik. Beyni xobbilərlə dincəltməklə isə bu sadə həlli əlçatan edə bilərsiniz.
Emosional vəziyyətinizi dəyişin
Düşüncələrimiz birbaşa olaraq bizim emosional vəziyyətimiz ilə əlaqədardır. Buna görə də, işdən evə tükənmiş, gərgin və əsəbi halda yollandıqda bir tədbir görmədikdə bütün gecəniz elə o formada keçəcək.
Bu zaman antidepressant qəbul edə bilərsiniz. Lakin uzun müddətli perspektivdə bu heç də yaxşı variant deyil. Şallard isə fiziki məşqləri, sağlam qidaları, yaxşı musiqi və s. əhvalı yüksəldə biləcək amilləri məsləhət görür.
Problemlər haqqında düşünməyin
Bəzi insanlar evdə də işdəki problemləri müzakirə etməyə vərdiş etmişlər. Ola bilsin məhz bu istiqamətdə addım atmalısınız. İş gününü şam yeməyi masası arxasında müzakirə etmək normaldır, lakin yenidən aktual problemlərə köklənmək olmaz. Bu zaman yenidən bütün günü hökm sürən gərgin vəziyyətə deri dönmüş olacaqsınız.