Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan komendant saatı aradan qaldırılır.
Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının müvafiq qərarı bu gün saat 23:00-dan etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, komendant saatı ötən ilin noyabrın 28-dən tətbiq olunub. Bununla da ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilirdi.