10 C
Baku
Friday, December 13, 2024

ABŞ-da prezidentlərin reytinqi açıqlanıb

ABŞ-da prezidentləri reytinqi açıqlanıb. 2000-ci ildən bəri dördüncü dəfə nəşr olunan bu reytinq üzərində 142 mütəxəssis çalışıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Sonuncunun nəticələrinə görə Tramp 44 iştirakçı arasında 41-ci yeri tutub (prezident Hover Klivlend iki dəfə prezident seçilib).

İlk üçlüyə Avraam Linkoln, Corc Vaşinqton və Franklin Ruzvelt daxil olub. Con Kennedi səkkizinci, Ronald Reyqan isə doqquzuncu yeri tutub, ilk onluğu ABŞ-ın 44-cü prezidenti Barak Obama tamamlayır. Demokrat Bill Klinton 19-cu, Buş (böyük) 21-ci, Buş (kiçik) 29-cu, respublikaçı Riçard Nikson isə 31-ci sırada yer alıb.

Qeyd edək ki, reytinqin tərtib edilməsi zamanı siyasətçinin əxlaqi keyfiyyətləri, liderlik və inzibati qabiliyyətləri nəzərə alınıb. Ekspertlərin qiymətləndirməsinə görə, Tramp 312 bal (müqayisə üçün Obama – 664 bal) toplayıb. O, inandırma qabiliyyətinə görə 32-ci, iqtisadi məsələlərdə savadına görə 34-cü, “mənəviyyat” və “inzibati bacarıqlar” baxımından isə sonuncu yerləri tutub.

Son xəbərlər
Digər xəbərlər