“PASHA Holding”in strukturunda olan “PMD Group”un turizm şirkətinin nizamnamə kapitalı yenidən artırılıb.
Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.
Belə ki, “PMD Hospitality” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə üçüncü dəfə artırılmaqla 7 milyon 124.6 min manatdan 10 milyon 284.6 min manata qədər artırılıb. Bu isə 3 milyon 160 min, yaxud 44.3% artmışdır.
Cari ilin martında “PMD Hospitality” MMC-nin nizamnamə kapitalı 59 dəfə artırılmaqla, yaxud 100 min manatdan 5 milyon 894.6 min manata, mayda isə 1 milyon 230 min manat artırılmaqla 7 milyon 124.6 min manata çatdırılmışdı. Bu isə son 3 ayda şirkətinin kapitalı 102 dəfə böyüdülüb.
“PMD Hospitality” otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb. “PMD Qrup”unun bir hissəsidir. Təşkilat, 2013-cü ildə, otel və qonaqpərvərlik əmlak inkişaf etdirmək və turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu şirkətin rəsmi səhifəsində qeyd edilir.
“PMD Hospitality” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu otel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark).