“TikTok” videoların müddətini üç dəqiqəyə qədər artırıb. Xatırladaq ki, daha əvvəl sosial şəbəkədə bir dəqiqədən çox olmayan videolar yerləşdirmək mümkün olub.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Hal-hazırda bu funksiya yalnız bəzi istifadəçilər üçün əlçatandır, lakin bir neçə həftə ərzində xidmətin bütün müəllifləri ondan yararlana biləcəklər. “TikTok” bu funksiyanı yaradıcılara çəkiliş zamanı daha çox sərbəstlik vermək, o cümlədən bir videonu bir neçə hissəyə bölmək ehtiyacını azaltmaq üçün yaradıb. Şirkət bu funksiyanı 2020-ci ilin dekabrından sınaqdan keçirir.
Daha əvvəl “TikTok” 13 yaşınadək uşaqlara məxsus 7.3 milyondan çox hesabı sildiyini açıqlayıb. Yeniyetmələr arasında populyar olan bu xidmət 13 yaşdan kiçik uşaqlara hesab yaratmağa icazə vermir.