SOCAR-ın Türkiyədəki birgə müəssisəsi olan “SOCAR Turkey Yatırım A.Ş.” (STYAŞ) 2020-ci ildən başlayaraq satışlar həyata keçirməklə gəliri məlum olub.
Banker.az-ın ana şirkətin maliyyə hesabatına istinadla məlumatına görə, 2020-ci ildə STYAŞ 5 milyard 866 milyon Azərbaycan manatı* həcmində gəlir əldə edib (2019-da gəlir satışlar olmayıb). Törəmə şirkətin satışlarının maya dəyəri isə 6 milyard 135 milyon manat olunca, ümumi olaraq 339 milyon manat zərər etməsinə səbəb olub.
“SOCAR Turkey Yatırım A.Ş.” böhrana bürünmüş 2020-ci ildə ümumi və inzibati xərclərini optimallaşdıraraq 95 milyon manata qədər azaldıb. Bu isə öncəki ildə 128 milyon manat idi.
STYAŞ-ın maliyyə xərcləri isə 467 milyon manat olub (2019: 121 milyon manat).
2019-cu ildə əldə etdiyi digər gəlirlər 191 milyon manat olduğu halda hesabat müdətində 8 milyon manata qədər enib.
Beləliklə, törəmə müəssissə ötən ili 710 milyon manat zərərlə tamamlamışdır.
“Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara da qaz tədarük edir.
*Audit hesabatında maliyyə göstəriciləri Azərbaycan manatı ilə təqdim edilib.