Dan Waldschmidt – məşhur marketoloq öz blogunda biznes və şəxsi inkişaf barədə olan qeyri-standart ideyaları ilə bölüşmüşdür.
- Heç vaxt öz biznes planınızı “mütləq uğur qazanacam” üzərində qurmayın.
- Heç vaxt özünüzə daim pis əhval-ruhiyyədə qalmağa imkan verməyin.
- Heç vaxt xırda detallar və dead-linelar haqqında düşünməyin.
- Heç vaxt başqasının uğursuzluğuna sevinməyin.
- Heç vaxt öyrənməyi, dinləməyi və arxanızca insanları aparmağı tərgitməyin.
- Heç vaxt əsas məqsədə gedən yolunuzda sizə kömək edən insanlara minnətdarlıq etməyi unutmayın.
- Heç vaxt imkan verməyin ki, adi iş fasiləsi əsl tənbəlliyə çevrilsin.
- Heç vaxt sizi əsl savaş gözlədikdə qaçmayın.
- Heç vaxt dalaşmayın… əgər buna dəymirsə.
- Heç vaxt əsl olmaq istədiyiniz yerə gedən yolda yarıda dayanmayın.
- Heç vaxt kiçik bir xətanı böyük bir səhvə çevirməyin.
- Heç vaxt əsl kökünüzü unutmayın.
- Heç vaxt kimdənsə kömək istəməyinizə qürurunuzun mane olmasına imkan verməyin.
- Heç vaxt ətrafdakı insanları incidəcək dərəcədə öz işinizə aludə olmayın.
- Heç vaxt “bu məndə alınacaq” ruhunun ölməsinə imkan verməyin.
- Heç vaxt pulların və qüvvənin şüurunuzu ələ keçirməsinə şans verməyin.
- Heç vaxt qorxunun sizi daha asan yola itələməsinə razı olmayın.