3 C
Baku
Saturday, December 14, 2024

“Ambient Media” nədir?

“Ambient Media” – əsasən böyük kütlənin olduğu ətraf mühitdən istifadə edərək həyata keçirilən reklam cəhdidir. “Ambient Media” anlayışı Britaniyada KİV işçilərinin danışıq jarqonunda təqribən 2002-ci ildə peyda olub. Hazırda isə bu reklam sahəsində standart termindir və reklamın qeyri-ənənəvi və qeyri-standart cəhətlərini əks etdirir.

“Ambient media” anlayışı isə özündə 3 cəhəti birləşdirir:

Alternativ

 “Alternativ” anlayışı dedikdə böyük kütlənin yaşadığı və yaxud gündəlik olaraq olduğu mühit nəzərdə tutulur. Standart reklam cəhdlərindən fərqli olaraq burada iş əhalinin birgə olduğu, metro, ictimai nəqliyyat, super market və yaxud bar kimi yerlərdə həyata keçirilir.

Xarici

Xarakter baxımından küçə reklamını xatırlatsa da, Ambient Media ənənəni kommunikasiya fomalarından uzaqlaşaraq  – ictimai yerlərdə klassik informasiya vasitələrindən fərqli yeni daşıyıcılar yaratmaqla istehlakçıya birbaşa olaraq yaxınlaşır.

Planlaşdırma

Ambient Media-da qiymətləndirmə dedikdə burada vacib parametr ümumi qrupun eynicinsliyi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər