“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə ASB-nin 2021-ci ilin nəticələri üzrə 1-ci yarımillik hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.